Rusiya və Ukrayna cəsədləri mübadilə ediblər
Dünya
1621
20 Nov 2025 | 16:00

Rusiya və Ukrayna cəsədləri mübadilə ediblər

Rusiya min ukraynalı hərbçinin cəsədini Ukraynaya təhvil verib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Əlaqələndirmə Qərargahı məlumat yayıb.

Bildirilir ki, Ukrayna hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə cəsədlərin ekspertizasını və identifikasiyasını aparacaqlar.

Daha sonra TASS agentliyi məlumat yayıb ki, İstanbul razılaşmaları çərçivəsində Ukrayna tərəfindən Rusiyaya 30 əsgərin cəsədi təhvil verilib.

Daha əvvəl cəsədlərin mübadiləsi oktyabrın 23-də baş tutub. O zaman Ukrayna min Rusiya hərbçisinin cəsədini, Rusiya tərəfi isə 31 ukraynalı hərbçinin cəsədini təhvil vermişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər