Təyyarə qəzaya uğradı - Bütün sərnişinlər həlak olublar
Dünya
1652
18 Nov 2025 | 19:57

Təyyarə qəzaya uğradı - Bütün sərnişinlər həlak olublar

Yaponiyanın Fukuoka prefekturasında təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki bütün sərnişinlər həlak olublar.

Moderator.az bu barədə "Kyodo News" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, qəzaya uğrayan "Cirrus SR20" təyyarəsinin göyərtəsində üç kişi olub. Hava gəmisinin ciddi zərər gördüyü qeyd edilir, o qismən yanıb, hər iki qanadı sınıb.

Təyyarə Saqa aeroportundan havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı göndərib, ardından onunla əlaqə kəsilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər