Abbas Əraqçı:
Dünya
1564
18 Nov 2025 | 17:00

Abbas Əraqçı: "Qonşularımız bizim prioritetimizdir"

"Tehran üçün regional əməkdaşlıq və qonşularla münasibətlərin genişləndirilməsi əsas prioritetdir".

"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı Xəzəryanı bölgələrin rəhbərlərinin toplantısındakı çıxışında səsləndirib.

Əraqçı qeyd edib ki, İran quruda və dənizdə 15 dövlətlə qonşudur və bu ölkələrin təqdim etdiyi siyasi, iqtisadi, mədəni və təhlükəsizlik imkanlarından maksimum istifadə etməyə çalışır.

İran XİN rəhbəri xatırladıb ki, Xəzəryanı dövlətlər uzun illərdir ortaq maraqlar və təhlükəsizlik çağırışları əsasında əməkdaşlıq edirlər:

"İran Prezidenti Məsud Pezeşkianın Rusiya və Azərbaycana səfərləri uğurlu olub. Qonşuluq siyasətinin daha da gücləndirilməsi üçün gələn ay İran prezidentinin həm də Türkmənistan və Qazaxıstana səfərləri planlaşdırılır".

Link kopyalandı!
Son xəbərlər