Böyük Britaniyanın "The Economist" nəşri 2026-cı il üçün proqnozlarını ənənəvi üz qabığında nümayiş etdirib.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, məşhur jurnalın "The World Ahead" adlı xüsusi buraxılışında dünyada baş verəcək böyük dəyişikliklər barədə xəbərdarlıq edilib.
Nəşrin proqnozlarına görə, qarşıdakı ildə ABŞ, Çin, Rusiya öz təsir dairələrini genişləndirə bilər. Bu da sözügedən ölkələr arasında "dünya üç yerə bölünəcək" kimi analiz edilir.
Jurnalın iddiasına görə, 2026-cı ildə ən çox diqqətçəkən mövzulardan biri ABŞ-də ölkənin yaranmasının 250-ci ildönümünə təsadüf edən ara seçkiləri olacaq. Bildirilir ki, Amerikada Demokratlar Konqresə nəzarəti ələ keçirməyə çalışacaqlar.
Jurnalın yazdıqlarına inansaq, növbəti ildə ABŞ-Avropa münasibətlərinin də gərgin olacağı gözlənilir.
Jurnalın proqnozları ilə bağlı daha ətraflı "Haber Global"ın geniş reportajında tanış olmaq mümkündür: