DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq
İdman
195
08:24, Bu gün

DÇ-2026: Azərbaycan millisi bu gün İslandiya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan yığması bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
 
Moderator.az xəbər verir ki, D qrupunda mübarizə aparan Ayxan Abbasovun komandası Bakıda İslandiya yığmasını qəbul edəcək.
 
Görüş 8-ci km qəsəbə stadionunda saat 21:00-da başlayacaq. Matçın baş hakimi monteneqrolu FIFA referisi Nikola Dabanoviç olacaq.
 
Qeyd edək ki, turnir cədvəlinə əsasən, Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla ikinci, İslandiya 4 xalla üçüncü yerdə qərarlaşıb. Azərbaycan millisi 1 xalla sonuncu pillədə yer alır.
 
Link kopyalandı!
Son xəbərlər