Laçının Qorçu qəsəbəsində söküntü işlərinə START VERİLDİ: Min ailə köçürüləcək
Cəmiyyət
2629
11 Nov 2025 | 15:36

Laçının Qorçu qəsəbəsində söküntü işlərinə START VERİLDİ: Min ailə köçürüləcək

Laçın rayonunun Qorçu qəsəbəsində ilkin olaraq söküntü işlərinə start verilib.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov deyib.
 
O bildirib ki, ümumilikdə 319 yararsız tikilinin söküntüsü həyata keçirilir:
 
"Söküntü işlərinin iki ay ərzində tamamlanması planlaşdırılır. "EL SEYM" şirkəti tərəfindən aparılan söküntünün ərazisi 300 hektardır. Söküntü prosesi başa çatdıqdan sonra 2026-cı ildə Qorçu qəsəbəsində birinci mərhələyə aid tikinti işlərinin başlanması nəzərdə tutulub. Bu mərhələdə 250 fərdi yaşayış evinin inşası üçün layihə-smeta sənədləri artıq hazırlanıb. Bundan əlavə, Qorçu qəsəbəsində 264 yerlik məktəb, 140 yerlik bağça, tibb məntəqəsi, klub-icma mərkəzi, idman-sağlamlıq mərkəzi və inzibati binanın tikinti işləri başlayacaq, yollar salınacaq".
 
Məlumata görə, "Böyük Qayıdış"a dair II Dövlət Proqramı çərçivəsində Qorçu qəsəbəsinin inşasının növbəti mərhələsi üzrə tikinti işlərinin 2027-2030-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Bu mərhələdə isə 250-300 fərdi yaşayış evinin və 3-4 mərtəbəli çoxmənzilli yaşayış binasının tikintisi planlaşdırılır. Ümumilikdə gələcəkdə Qorçu qəsəbəsində min ailənin daimi məskunlaşdırılması nəzərdə tutulub:
 
"Məlum olduğu kimi, Qorçu qəsəbəsi istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Bu da gələcəkdə qəsəbədə məskunlaşan əhalinin iş təminatı üçün mühüm rol oynayacaq".
Link kopyalandı!
Son xəbərlər