Əczaçılıq fəaliyyəti necə tənzimlənir? – Nazirlikdən CAVAB
1802
04 Nov 2025 | 11:08

Əczaçılıq fəaliyyəti necə tənzimlənir? – Nazirlikdən CAVAB

“Aptek təşkilatlarına münasibətdə dərman vasitələri ilə təminat əczaçılıq şirkətləri tərəfindən həyata keçirilir”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova açıqlayıb.
 
 
Onun sözlərinə görə, dərman vasitələri dövlət qeydiyyatına alındıqdan sonra idxalı və satışı sərbəstdir:
 
“Respublikada əczaçılıq fəaliyyəti müvafiq normativ hüquqi aktların tələblərinə əsasən tənzimlənir. Əczaçılıq fəaliyyətinə lisenziya almaq istəyən hüquqi və ya fiziki şəxs qanunvericiliklə tələb olunan müvafiq sənədləri toplayaraq “ASAN xidmət” mərkəzləri vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etməlidir”.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər