03:28
15°C
Bakı
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam briqadaları" İsrailin anklavdakı hərbi əməliyyatı dövründə öldürülən daha iki girovun cəsədlərinin tapıldığını bildirib.
Moderator.az-ın məlumatına görə, bu barədə hərəkata yaxın olan "Maan" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, çərşənbə axşamı gecə saatlarında HƏMAS tərəfdarları iki girovun cəsədlərini tapıblar. Bildirilir ki, bunlar Sahar Barux və Amiram Kuperin cəsədləridir ki, onların adları radikallar tərəfindən oğurlanmış və Qəzza ərazisində öldürülmüş şəxslərin siyahısında idi.