Dünya
542
23 Oct 2025 | 23:57

"Bu sanksiyalar Rusiyaya güclü zərbə vuracaq"

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Moskvaya ciddi zərər vermək gücündədir.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.

“ABŞ hesab edir ki, neft şirkətlərinə sanksiyalar Rusiyaya ciddi zərər verə bilər. Sanksiyalar çox ağırdır”, - deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 22-dən 23-nə keçən gecə ABŞ Maliyyə Nazirliyi Rusiyanın Ukrayna münaqişəsinin sülh yolu ilə həllində kifayət qədər marağı olmadığına görə iki aparıcı neft şirkəti olan “Rosneft” və “Lukoyl”a yeni sanksiyalar tətbiq edib.

Link kopyalandı!
Son xəbərlər