Qurbanov bu klubu forma ilə təmin etdi
İdman
270
19:57, Bu gün

Qurbanov bu klubu forma ilə təmin etdi

“Qarabağ” I Liqada debüt mövsümünü keçirən “Şəfa”ya yardım əli uzadıb.

Moderator.az Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi aşağı liqada mübarizə aparan paytaxt klubuna geyim (forma) təminatında köməklik göstərib.

“Köhlən atlar” özlərinə aid inventarın bir hissəsini onlara göndərib. Buna səbəb “Şəfa”nın “Jako”dan sifariş etdiyi geyim dəstlərinin gecikməsidir.

Uzun müddətdir gözü yolda qalan “ağ-göylər”in dadına Qurban Qurbanov yetişib.

“Qarabağ”ın baş məşqçisi problemdən xəbər tutan kimi “Şəfa”lıların narahatlığına son qoyub.

Link kopyalandı!
Son xəbərlər