Xarici Dairəvi avtomobil yolunda avtomobillə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət
93
06 Oct 2025 | 16:55

Xarici Dairəvi avtomobil yolunda avtomobillə hərəkət məhdudlaşdırılacaq

7 oktyabr saat 08:00-dan 9 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılacaq.

Moderator.az xəbər verir ki, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Link kopyalandı!
Son xəbərlər