Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazandılar
İdman
201
06 Oct 2025 | 15:09

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazandılar

Azərbaycan idmançıları ənənəvi karate üzrə dünya çempionatında 5 medal qazanıblar.
 
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda baş tutan yarışda qurumun ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb.
 
15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclərdən Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb.
 
Böyüklərdən İmran Quluzadə (74 kq) gümüş, Mehman Eynalov (+75 kq) bürünc medal qazanıb.
 
Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov ibarət kollektiv bürünc mükafata yiyələnib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər