Fransada ukraynalı hərbçilərin təlim keçdiyi bazanın üzərində dronlar görünüb
Dünya
1404
25 Sep 2025 | 23:10

Fransada ukraynalı hərbçilərin təlim keçdiyi bazanın üzərində dronlar görünüb

"Keçən həftəsonu Fransanın Marna departamentində yerləşən Murmelon-le-Qran hərbi bazası üzərində naməlum pilotsuz uçuş aparatlarının (PUA) uçuşları qeydə alınıb".

Moderator.az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa Müdafiə Nazirliyinin Marnadakı nümayəndəsi bildirib.

Fransa Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, hələlik PUA-ların buraxılması ilə bağlı xarici müdaxilədən danışmaq üçün heç bir əsas yoxdur.

AFP-nin məlumatına görə, 2024-cü ildə Murmelon-le-Qran hərbi bazası Fransa ərazisində təlim keçən ukraynalı hərbi qulluqçuların bir hissəsini qəbul edib. Hazırda orada PUA operatorları üçün taktiki hazırlıq mərkəzi fəaliyyət göstərir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər