Sabirabad rayonunda zəlzələ qeydə alınıb
Hadisə
1591
23 Sep 2025 | 01:33

Sabirabad rayonunda zəlzələ qeydə alınıb

Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
 
Yerli vaxtla saat 00.11-də qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
 
Zəlzələ ocağı Yerin 66 kilometr dərinliyində yerləşib.
 
Zəlzələ hiss olunmayıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər