Flik Reşfordu da cəzalandırdı: Bu səbəbdən...
İdman
1827
22 Sep 2025 | 10:42

Flik Reşfordu da cəzalandırdı: Bu səbəbdən...

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Markus Raeşfordu La Liqanın 5-ci turunda "Xetafe"yə qarşı oyunun start heyətində meydana buraxmayıb.

Buna səbəb ingilis futbolçunun oyundan əvvəl baş tutan səhər məşqinə gecikməsi olub. Bu səbəbdən alman mütəxəssis çempionat matçının əsas heyətinə dair qərarını dəyişib.

Cari mövsümdə Flik bu addımı ilk dəfə atmayıb. Daha əvvəl o, isinməyə gecikdiyi üçün "Valensiya" ilə oyunda Rafinyanı start heyətindən kənarlaşdırıb.

Qeyd edək ki, kataloniyalılar "Xetafe"ni 3:0 hesabı ilə məğlub edib. Reşford isə ikinci hissədə oyuna daxil olaraq məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər