Bakıda və Abşeron yarımadasında leysan yağır - FAKTİKİ HAVA
Cəmiyyət
178
17:28, Bu gün

Bakıda və Abşeron yarımadasında leysan yağır - FAKTİKİ HAVA

Sentyabrın 14-ü saat 17:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Şahdağda isə qar yağır.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Mingəçevir, Yevlax, Şəmkir, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir leysan xarakterli intensiv yağış yağır.
 
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 19, Culfada 18 m/s-dək güclənir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər