Ukrayna dünyanın ən böyük PUA qəbiristanlığına çevrilib – Şok statistika!
Ekskluziv
519
13 Sep 2025 | 23:38

Ukrayna dünyanın ən böyük PUA qəbiristanlığına çevrilib – Şok statistika!

Ukrayna müasir dünyanıən ən böyük PUA qəbiristanlığına çevrilib. Buna səbəb Rusiyanın dördüncü ildir ki, öz işğalçılıq niyyətindən əl çəkməməsi və Ukraynaya hücum əməliyyatıdna on minlərlə drondan istifadə etməsidir. Təkcə bri faktı qeyd edək ki, 2025-ci ilin yanvarından bugünə qədər Ukrayna Rusiyaya məxsus 35 min 698 PUA sıradan çıxarıb ki, bu da dünya hərb tarixində bənzərsiz göstəricidir. Bu statistika Rusiyanın müharibədə PUA-lardan hansı miqyasda istifadə etdiyini göstərməklə yanaşı, həm də Ukraynanın Hərbi Hava Qüvvələrinin yüksək hazırlıq səviyyəsini göstərir.

Mütəxəssislərin fikrincə, PUA-lardan geniş istifadə taktikası müharibənin qarşıdakı aylarında da öz populyarlığını qoruyub saxlayacaq.

Qeyd edək ki, hazırda həm Rusiya, həm də Ukrayna tərəfi daha uzaq məsafələrə uçan dronların kütləvi istehsal və idxalına maraq göstərir. Buna səbəb bu cür PUA-ların “dərinlik zərbələrində” uğurla istifadə edilməsidir.

S.Əliyev

Link kopyalandı!
Son xəbərlər