Kristian Eriksenin yeni komandası müəyyənləşib
1900
10 Sep 2025 | 20:50

Kristian Eriksenin yeni komandası müəyyənləşib

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen karyerasını Almaniya təmsilçisi "Volfsburq"da davam etdirəcək.

Moderator.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında yazıb.

Mənbənin məlumatına görə, 33 yaşlı oyunçu yeni klubu ili birillik müqavilə imzalayacaq. Onun yaxın vaxtda tibbi müayinədən keçməsi gözlənilir.

Qeyd edək ki, Eriksen son üç mövsümü İngiltərənin "Mançester Yunayted" komandasında keçirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər