Uşakov:
Dünya
1304
01 Sep 2025 | 21:20

Uşakov: "Alyaskada Putin və Tramp necə hərəkət etmək barədə razılığa gəliblər"

"Avqustun 15-də keçirilmiş Alyaska sammitində Rusiya və Ukrayna prezidentləri arasında və ya ABŞ prezidentinin iştirakı ilə mümkün üçtərəfli görüş barədə konkret razılıqlar əldə olunmayıb".

Moderator.az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, hər iki prezident arasında söhbətin əsasını ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfərləri təşkil edib.

Uşakov vurğulayıb ki, Vladimir Putin və Donald Tramp bundan sonra necə hərəkət etmək barədə razılığa gəliblər.

Link kopyalandı!
Son xəbərlər