Partlayıcı maddələr müəssisəsində partlayış: çox sayda yaralanan var
Dünya
1322
01 Sep 2025 | 20:40

Partlayıcı maddələr müəssisəsində partlayış: çox sayda yaralanan var

Türkiyənin Aydın vilayətində partlayıcı maddələr istehsal edən müəssisədə partlayış olub.

Moderator.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, hadisə Çine rayonunda qeydə alınıb.

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Hadisə nəticəsində ikisi jandarm, biri polis olmaqla 10 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər