Bizi sosial şəbəkələrdən izləyin:
“Ruhlar şəhəri” adlandırılan, tamamilə viran qoyulan gözəl Ağdamımızda şəhərimizin qonaqları deyə xitab edə bilirik".
Moderator.az xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov deyib.
O qeyd edib ki, payız aylarından başlayaraq Ağdama ilk köç planlaşdırılır:
“Bu proses çox sürətlə həyata keçirilir. Qatar hərəkətinin bərpa edilməsi gediş-gəlişi daha da rahat hala gətirib”.
Emin Hüseynov bildirib ki, Bakı-Ağdam qatarının işə düşməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın çox vacib simvoludur:
“Bu gün Bakı-Ağdam qatarı fəaliyyətə başlayıb. Həqiqətən ölkəmiz və xalqımız üçün çox böyük sevincli gündür”.