22:42
25°C
Bakı
Gədəbəydə ağır yol qəzası olub.
Moderator.az xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2 nəfər - qadın və uşaq ölüb, daha bir nəfər - 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.