Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib
Dünya
1862
29 Aug 2025 | 22:55

Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib

ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə Avropa siyasətçiləri ilə söhbətində münaqişənin nizamlanması çərçivəsində Ukraynada Çin sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin sülhməramlıları ideyası Avropa ölkələri və Ukrayna tərəfindən dəstəklənməyib.

Rəsmi Kiyev və Avropa dövlətləri Pekini Rusiya hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham edirlər.

Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə qəzetə şərhində Ukraynaya Çin sülhməramlılarının göndərilməsinin müzakirə olunması barədə məlumatı “yalan” adlandırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər