Sürücülərin nəzərinə - Bu yollarda hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
1736
29 Aug 2025 | 18:45

Sürücülərin nəzərinə - Bu yollarda hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Bu gün saat 19:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində, Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yaxınlığında) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər