Ərdoğanla Putin Çində görüşə bilərlər
2105
27 Aug 2025 | 15:32

Ərdoğanla Putin Çində görüşə bilərlər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Çində görüşə bilərlər.
 
Moderator.az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Türkiyədəki diplomatik mənbələrdən məlumat verilib.
 
"Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə və Rusiya prezidentləri arasında görüş ehtimalı var. Lakin görüşün geniş mövzuları əhatə edib-etməyəcəyi hələlik məlum deyil", - deyə mənbədən bildirilib.
 
Qeyd edək ki, ŞƏT sammiti bu il 31 avqust-1 sentyabrda Çinin Tyantszin şəhərində keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər