İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər
Dünya
1752
19 Jul 2025 | 08:10

İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər

İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak "X" səhifəsində yazıb.

“İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya prezidenti Əhməd əl-Şara ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə Türkiyə, İordaniya və qonşuları tərəfindən dəstəklənən atəşkəs haqqında razılığa gəliblər”, - T.Barrak qeyd edib.

Link kopyalandı!
Son xəbərlər