Goranboyda yol qəzası oldu, iki nəfər öldü - YENİLƏNİB
Hadisə
1661
17 Jul 2025 | 13:45

Goranboyda yol qəzası oldu, iki nəfər öldü - YENİLƏNİB

Goranboy rayonunda yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.
 
Moderator.az xəbər verir ki, qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər.
 
Avtomobildə olan 2016-cı il təvəllüdlü Əsmər Məmmədli və 4 yaşlı Əlixan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
13:15
 
Goranboyda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsi yaxınlığında qeydə alınıb.
 
İlkin məlumata görə, "Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.
 
Nəticədə minik maşını yolun kənarına aşıb. Hadisə nəticəsində iki nəfərin öldüyü deyilir.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər