Futbol matçında faciə: ölənlər və 100-ə yaxın yaralılar var
Dünya
1642
22 Jun 2025 | 21:57

Futbol matçında faciə: ölənlər və 100-ə yaxın yaralılar var

Əlcəzairdə baş tutan futbol qarşılaşmasında faciə yaşanıb.

Moderator.az ua.football-a istibnadən xəbər verir ki, "Aljer" futbol klubu çempionatın son turunda "Maqra" ilə heç-heçə edib (0:0) və yenidən ölkə çempionu olub.

Çempionluğu bayram edərkən onlarla "Aljer" azarkeşi stadionun tribunalarından yerə yıxılıb. Nəticədə kubokun təqdimat mərasimi dərhal ləğv edilib. Faciənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırmalara başlanılıb.

Əlcəzairin Səhiyyə Nazirliyi insident nəticəsində 3 nəfərin öldüyünü, 80-dən çox insanın yaralandığını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər