Bu gün iki mindən çox müəllim sertifikasiya imtahanı verib - FOTOLAR
1498
18 Jun 2025 | 13:15

Bu gün iki mindən çox müəllim sertifikasiya imtahanı verib - FOTOLAR

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, ilk gündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunublar. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95% davamiyyət qeydə alınıb.
 
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər