İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur
İdman
1788
14 Jun 2025 | 11:55

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.
 
Moderator.az xəbər verir ki, yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayacaqlar.
 
Onlar 1/32 finalda müvafiq olaraq, kiprli Sofiya Asvesta və braziliyalı Ronald Liman ilə üz-üzə gələcəklər.
 
Ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər