İsrailin İrana qarşı əməliyyatı 14 gün davam edəcək
Dünya
1418
13 Jun 2025 | 17:17

İsrailin İrana qarşı əməliyyatı 14 gün davam edəcək

İsrailin İrana qarşı əməliyyatı 14 gün davam edəcək.
 
Vu barədə "The Wall Street Journal"a (WSJ) yüksəkrütbəli İsrail rəsmisi bildirib.
 
O vurğulayıb ki, İsrail ordusunun İrana qarşı əməliyyatının bitməsinə hələ çox var.
 
Qeyd olunur ki, kampaniyanın ehtimal müddəti analitiklərin gözləntilərinə uyğundur, çünki bir zərbə dalğası İranın nüvə proqramına və İsrailin İran obyektlərinə hücuma dair hərtərəfli yanaşmasına kifayət qədər ziyan vura bilməyəcək.
 
Bildirilir ki, bu sxem İsrailin Livan milisi və İranın müttəfiqi olan "Hizbullah"a qarşı tətbiq etdiyi sxemə bənzəyir. Həmin sxemlə "Hizbullah" rəhbərliyi və cəbbəxanası məhv edilmiş, təşkilat danışıqlara sövq olunmuşdu. Mənbə əlavə edib ki, hazırkı münaqişə də danışıqlar yolu ilə əldə edilən razılaşma ilə başa çata bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər