Yabanı halda bitmiş tonlarla çətənə koluxa0məhv edildi
Kriminal
1921
09 Jun 2025 | 15:02

Yabanı halda bitmiş tonlarla çətənə koluxa0məhv edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.
 
Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54 min ədəd çətənə kolu isə məhv edilib.
 
Link kopyalandı!
Son xəbərlər