“Neftçi” əsas və amputant komandaları arasında oyun keçirildi - Fotolar
İdman
1758
15 Mar 2025 | 10:23

“Neftçi” əsas və amputant komandaları arasında oyun keçirildi - Fotolar

“Neftçi”nin əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.
 
Bu qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, u2060Rəhman Hacıyev, u2060Rafael Quzzo, u2060Murad Məmmədov, u2060Alfa Konte, Rüstəm Samiqullin, u2060Höccət Haqverdi, Yeqor Boqomolski, u2060Ağadadaş Salyanski və u2060Dembo Darbo meydana çıxıblar.“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.
 
Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.
 
Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər