Putin oruc tutur?
Dünya
1708
07 Mar 2025 | 09:59

Putin oruc tutur?

Məlum olduğu kimi, martın 3-dən pravoslav xristianları üçün Böyük oruc dövrü başlayıb və aprelin 20-də başa çatacaq.
 
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, jurnalistlər sözügedən dövrün başlaması ilə dövlət başçısı Vladimir Putinin oruc tutub-tutmaması ilə maraqlanıb. 
 
Bu xüsusda, jurnalistlər bir neçə dəfə Kremlin rəsmi sözçüsü Dmitri Peskova müvafiq sualı ünvanlayıb. Peskov isə ilk olaraq bu məlumatı dəqiqləşdirəcəyini bildirib.
 
Lakin dünən də Kremlin mətbuat katibinə eyni sual ünvanlandıqda o, belə cavab verib:
 
“Bu suala cavab verib-verməyəcəyimizi bir qədər düşündük. Amma bu, hamımız üçün o qədər müqəddəsdir ki, düşünürük ki, bu məsələnin detallarını ictimai müstəviyə çıxarmağa gərək yoxdur”.
Link kopyalandı!
Son xəbərlər