Paşinyan Ermənistan konstitusiyasından Qarabağı çıxarır
Qarabağ
1952
28 Feb 2025 | 13:26

Paşinyan Ermənistan konstitusiyasından Qarabağı çıxarır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişiklik təklifini referendum yolu ilə irəli sürməyi planlaşdırır.
 
Bu dəyişiklik sənədin preambulasında Azərbaycanın ərazilərinə iddialar əks olunan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını nəzərdə tutur.
 
Onun yerinə Paşinyanın müəllifi olduğu "Real Ermənistan" layihəsi təqdim ediləcək. Bu barədə "Graparak" qəzeti hakim "Vətəndaş Müqaviləsi" partiyasındakı mənbələrə istinadən xəbər yayıb.
 
Məlumata görə, Paşinyan bu planı geniş siyasi dəstək olmadan da qəti şəkildə həyata keçirmək niyyətindədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər