Bizi sosial şəbəkələrdən izləyin:
Vətən müharibəsi qazisi qəbiristanlıqda möcüzə ilə rastlaşıb.
Hacıqabul rayonundan Vətən müharibəsinə qatılan qazi Əlişad Əhədov öz qolunu qəbirdə basdırıb.
Belə ki, hələ 10 il əvvəl övladını cəmi 7 aylıqkən dəfn edən qazi Əlişad Vətən müharibəsindən qayıtdıqdan sonra qolu amputasiya edilmişdi. Fevralın 10-u qazinin qolu ikinci dəfə amputasiya edilib.
Daha əvvəl amputasiya edilən qolunu dəfn etdiyi oğlunun qəbrinin ayaq hissəsində basdırmışdı. Bu dəfə də qolunun hissəsini basdırarkən həmin hissəni qazıb və qolunun çürümədiyinin şahidi olub. Həmin vaxt qazinin dediyi cümlə isə belə olub:
“Demişdim axı, şəhidlərin nəşi çürümür”
Qazinin qəbiristanlıqdan çəkdiyi görüntüləri sizə təqdim edirik.(Avtosfer)