Alimentlə bağlı YENİLİK — Bu şəxslər də ödəməli OLACAQ...
Cəmiyyət
1645
21 Feb 2025 | 15:55

Alimentlə bağlı YENİLİK — Bu şəxslər də ödəməli OLACAQ...

 
Bu gün boşanmaların sayında artan dinamika var. Boşanmalarsa heç də həmişə hansısa problemdən birdəfəlik qurtuluş deyil. Bəzi hallarda bu prosesin özü ciddi problem yaradır.
 
Məsələn, tərəflərdən biri boşanmağın hüquqi prosesinə başlayır. Bu proses isə ən yaxşı halda 5-6 ay çəkir. Bu zaman uşaqlar üçün aliment ödənişi sual yaradır.
 
Bəs 4-5 aylıq ara müddətində aliment məsələsinin hüquqi tənzimlənməsi varmı?
 
Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, məhkəmənin yekun qərarına qədər uşaqları saxlayan şəxs "müvəqqəti aliment" ala bilər:
 
"Bunun üçün iş icraata götürüldükdən sonra uşaqları saxlayan şəxsin tələbi ilə məhkəmə “müvəqqəti aliment” barədə qərar qəbul edir və qərarın icra olunması üçün icra şöbəsinə göndərir. İcra şöbəsi isə dərhal şəxsin özünü çağırmaqla və ya onun iş yerinə sorğu , göstəriş verməklə alimentin tutulmasını təmin edir. Beləcə, boşanma prosesində uşaqları saxlayan şəxs müavafiq yardımla təmin edilmiş olur".
Link kopyalandı!
Son xəbərlər