Qazaxıstanda mədən çökdü - 6 işçinin meyiti tapıldı
Hadisə
1492
18 Feb 2025 | 07:56

Qazaxıstanda mədən çökdü - 6 işçinin meyiti tapıldı

Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
 
Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
Link kopyalandı!
Son xəbərlər