Moskvanın Səudiyyədəki görüşlə bağlı planı nədir? - Lavrov açıqladı
1271
17 Feb 2025 | 17:01

Moskvanın Səudiyyədəki görüşlə bağlı planı nədir? - Lavrov açıqladı

Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə danışıqlar zamanı Moskva tərəfdaşlarını dinləmək istəyir.
 
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
 
“Bilirsiniz, biz həmişə tərəfdaşlarımızın təklifi əsasında danışıqlara gedəndə ilk növbədə onları dinləmək istəyirik”, - o deyib.
 
XİN rəhbərinin sözlərinə görə, Rusiya rəhbərliyi amerikalı nümayəndələrlə danışıqlardan sonra gələcək addımlar barədə qərar verəcək.
Link kopyalandı!
Son xəbərlər