“Atamın adı ən böyük məsuliyyətimdir, onu itirəndə 18 yaşım var idi...” - Xalq artistinin oğlu - FOTO
Ekskluziv
1949
14 Feb 2025 | 13:47

“Atamın adı ən böyük məsuliyyətimdir, onu itirəndə 18 yaşım var idi...” - Xalq artistinin oğlu - FOTO

“Mən artıq 6 ildir ki, Bülbül adına Orta İxtisas musiqi məktəbində pedaqoji fəaliyyət göstərirəm. Kamança musiqi alətinin sirlərini şagirdlərə öyrədirəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilməyimə görə başda rəhbərimiz, xalq artisti Teymur Göyçayevə, rəhbər heyətdə çalışan Rəna və Zərifə xanıma, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqının sədr müavini olan Mirzə müəllimə minnətdarlığımı bildirirəm. Pedaqoji fəaliyyətim uğurla davam edir. Bu sahədə də üzərimdə məsuliyyətlər var. Üstəgəl atamın adı da üstümdədir, ən böyük məsuliyyətlərdən biri də budur. Mənə bəslədikləri etimadı doğrultmaq üçün əlimdən gələn hər şeyi etməyə hazıram”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ağaxan Abdullayevin oğlu, kamança ifaçısı Hikmət Abdullayev deyib. O daha sonra əlavə edib:
 
“Atamı itirəndə 18 yaşım var idi. Gözümüzü açıb evdə atamı görmüşdük. Musiqiyə də bizi o yönəltdi. Ona çox bağlı idim. Çox təəssüf ki, atam tam ifalarımı görmədi. Hətta atam məndə səsi də kəşf etmişdi. Həyatda olsaydı bəlkə də ondan dəyərli məsləhətlər alardım. Qardaşım Orxan da tar musiqi alətində ifa edir. Atam haqda bu gün istər sənət yoldaşlarından, istərsə də tələbələrindən yalnız xoş sözlər eşidirik. Hər sənətkara bu nəsib olmur. 4 qardaşıq, atamın qoyduğu o yolla gedirik. Çalışırıq ki, onun adına xələl gətirən hansısa addım atmayaq” deyə sənətkarın övladı bildirib.
 
Link kopyalandı!
Son xəbərlər