Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeri bəlli oldu - SİYAHI
İdman
264
17:10, Bu gün

Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeri bəlli oldu - SİYAHI

Futbol liqalarının qlobal reytinqi açıqlanıb.
 
Moderator.az xəbər verir ki, siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.
 
Azərbaycan Premyer Liqası (APL) cədvəldə 51-ci yerdə qərarlaşıb. Çempionatımızın əmsalı 20.564-ə bərabərdir. APL 2024-cü ilin iyulundakı reytinqlə müqayisədə 8 pillə geriləyib.
 
Siyahıya isə İngiltərə Premyer Liqası (İPL) başçılıq edir - 1342.659 xal. İspaniya La Liqası 907.614 xal, İtaliya A seriyası 900.564 xal, Almaniya Bundesliqası 776.588 xal, Fransa Liqa1-i 596.086 xalla beşlikdədir. Türkiyə Superliqası isə 178.403 xalla ilk onluğu tamamlayıb.
 
Qeyd edək ki, cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174.889 xalla ümumi siyahıda 11-cidir.
 
Link kopyalandı!
Son xəbərlər