Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı
Hadisə
1766
07 Feb 2025 | 12:48

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı

Ağcabədidə itkin düşdüyü ehtimal olunan gəncin meyiti tapılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batmış 2008-ci il təvəllüdlü Adil Əkbər oğlu Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər