Bizi sosial şəbəkələrdən izləyin:
“Elektron Resept tətbiqi həkimlər, vətəndaşlar və əczaçılar tərəfindən vahid bir sistem şəklində istifadə üçün nəzərdə tutulub və bu tətbiqə qoşulma prosesi olduqca sadədir”.
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə bunun üçün müvafiq mobil cihazlara “Reseptim” mobil tətbiqini yükləmək kifayətdir:
““Reseptim” mobil tətbiqinin əlçatanlığını təmin etmək məqsədilə 2024-cü ilin yanvar ayından etibarən Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (www.sehiyye.gov.az, www.e-health.gov.az) “Elektron Resept” tətbiqi üçün xüsusi keçidlər yerləşdirilib. Bu keçidlərdə qeyd olunan QR kodları müvafiq mobil cihazlarla skan edərək “Reseptim” mobil tətbiqini sürətli şəkildə yükləmək mümkündür. “Reseptim” mobil tətbiqinə giriş “Digital Login” vasitəsilə həyata keçirilir. Tətbiqə daxil olduqdan sonra elektron resept təyin etmək üçün “Profil Seçimi” funksiyasından istifadə edənlər müvadiq olaraq həkim kimi və ya vətəndaş profili seçməlidir. Həkimlər üçün olan profildə onlar təyin etdikləri bütün elektron reseptləri, eləcə də müayinəyə gələn pasiyentlərin siyahısını görməyə imkan mövcuddur”.
S.Məhərrova bildirib ki, həkim bir neçə tibb müəssisəsində fəaliyyət göstərirsə, “Profil Seçimi” funksiyası vasitəsilə resepti təyin etdiyi hazırkı tibb müəssisəsini seçməlidir.
Bununla yanaşı, “Reseptim” mobil tətbiqi həkimlərə elektron reseptlərdə dərman vasitələrinin istifadə qaydalarını və doza hədlərini qeyd etmək imkanı da təqdim edir.
Vətəndaşlar “Reseptim” mobil tətbiqinə pasiyent kimi daxil olduqda, onlara elektron resept təyin etmiş həkimlərin siyahısına baxmaq, təyin edilən reseptləri izləmək, reseptləri qəbul edən apteklərin siyahısını görmək kimi funksiyalardan və dərman vasitələrinin axtarış sistemindən istifadə edə bilərlər”.
Mütəxəssis sonda qeyd edib ki, tətbiqin istifadə qaydaları ilə bağlı ətraflı məlumatlar xüsusi video təlimatlarda izah edilib:
Təlimatlarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: