Ərdoğan:
Dünya
1609
02 Feb 2025 | 18:12

Ərdoğan: "Növbəti seçkidə 50 faiz səs əldə etməyi hədəfləyirik"

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən partiya qurultayında iştirak edib.
 
Moderator.az "Haber Global"a istinadən xəbər verir, dövlət başçısı tədbirdə çıxış edərək partiyanın gələcək planlarını açıqlayıb.
 
O bildirib ki, 2028-ci ildə keçiriləcək növbəti bələdiyyə seçkisində Ədalət və İnkişaf Partiyası səslərin 50 faizini qazanmağı hədəfləyir.
 
"Yenə 50 faiz səs hədəfinə çatmaq istəyirik. Bu hədəfə çatmaq üçün sizdən böyük işlər gözləyirik. Ən böyük iş komanda şəklində çalışmaqdır. Müxalifətimizə fikir verməyin. 22 ildən artıqdır ki, bu zehniyyətlə davam edirlər. Əgər bu cür edərlərsə, 222 il də gözləyə bilərlər", - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər