Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də -xa0FOTOLAR
1562
31 Jan 2025 | 12:16

Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də -xa0FOTOLAR

Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq “Qış təlimi - 2025”də iştirak edən hərbi qulluqçularımız yüksək peşəkarlıq nümayiş etdirirlər.
 
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müxtəlif ölkələrdən 12 mindən çox hərbi qulluqçunun iştirak etdiyi təlimdə əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilir.
 
Təlimin ssenarisinə uyğun olaraq, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
 
Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
 
Çoxmillətli “Qış təlimi - 2025”də bölmələrimiz ölkəmizi layiqincə təmsil edirlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər