Komitə sədri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin CAVABINI VERDİ
Ekskluziv
1676
25 Jan 2025 | 11:48

Komitə sədri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin CAVABINI VERDİ

"Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə həmişəki kimi öz ampulasındadır.  Ermənipərəst mövqeyi ilə tanınan Zatulin İkinci Qarabağ  müharibəsi dövründə də öz çıxışları,  eyni zamanda Qarabağa olan qeyri-qanuni səfərlərilə yadda qalıb.O, Qarabağın separatçı rəhbərlərilə daimi münasibət saxlayıb və iqtisadi cəhətdən yararlanan deputat olub"
 
 
 Bu sözləri Moderator.az-a açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. 
 
"Digər bir məqam onun Soçidən seçilməsi məsələsidir. Hamıya məlumdir ki, bura  ermənilərin daha çox yaşadığı ərazidir. Və erməni xüsusi xidmət orqanlarının nəzarəti altında  olan ərazidən seçilən bu depuat təbii ki, ermənilərin tərəfini saxlamalıdır və saxlayacaqdır da.Onlar vaxtilə Qarabağ ərazisində separatizm meyilli insanlardan istifadə edərək iqtisadi cəhətdən varlanmaq niyyətində olublar.  Azərbaycana məxsus əraziləri talan edən həmin şəxsləri daim gündəmdə saxlamaqla Zatulinkimilər  özlərinin də varlanması istiqamətində ciddi addımlar atıblar. Onların niyyətində heç vaxt vətənpərvərlik hissləri olmayıb. Təəssüf doğuran məqam odur ki,  o bu çıxışları Rusiya Dövlət Dumasının nümayəndəsi kimi edir.Əsas məqam da odur ki, Zatulin  separatçı rəhbərlər olan Bako Saakyan, Arkadi Qukasyan və digərlərini öz dostu kimi təqdim etməklə bir daha separatizm meyllərini gündəmə gətirir.  Həmin şəxslər bu gün məhkəmə qarşısında etdikləri cinayətləri hətta özləri belə etiraf etməsinə baxmayaraq, Zatulinlər onları  günahsız kimi təqdim etməkdən çəkinmirlər. Müxtəlif separatçı siyasətçiləri bir araya gətirən Lazerevski klub erməni diasporasından gələn vəsait hesabına maliyyələşir. Təbii ki  biz bu gün məhkəmələri davam edən həmin separatçıların cinayətlərinin sübuta yetirilməsinin şahidi olacağıq. Lakin Zatulik kimiləri bu separatçıları  guya lokal antiterror əməliyyatlarından sonra  Ermənistana  könüllü  getmiş şəxslər kimi təqdim edir.
Məlumdur ki, Ermənistanın hazırkı rəhbərliyi Paşinyan başda olmaqla Zatulin və onun kimilərinin siyasətini qəbul etmir. Lakin Zatulinlər vaxtilə Vardanyan kimilərinin  vəsaitindən istifadə edərək gündəmdə qalıblar.
Bugün Azərbaycan prezidenti cənab İlham Əliyevin yürütdüyü müstəqil daxili və xarici siyasət təbii ki, Zatulin kimilərini razı sala bilməz. Çünki Zatulin öz xoşbəxtliyini bir qrup insanın bədbəxtliyi üzərində qurmağa çalışan bir siaysətçi kimi  tanınır. Bu gün bunu bütün siyasətçilər, hətta ermənilərin özü başa düşür ki, Zatulinin işi ancaq ara qızışdıraraq  yenidən bu problemləri gündəmə gətirməklə Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazisinə ancaq xələl gətirməkdir. Hesab edirəm ki, Paşinyan hakimiyyəti, eyni zamanda digər siyasətçilər onun cavabını verir. Əsas məqam odur ki, bu gün zatulinkimiləri sülh deyil əksinə yaranmış vəziyyətdən istifadə etməklə öz şəxsi mənafeylərini bərpa etmək maraqlandırır".
Link kopyalandı!
Son xəbərlər