Bəzi rayonlarda hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA
Cəmiyyət
291
12:50, Bu gün

Bəzi rayonlarda hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
 
Bu barədə Moderator.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
 
Bildirilib ki, yanvarın 15-i saat 11:30-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.
 
Vurğulanıb ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Quba, Astara, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Qusar, Xaltan, Qobustan, Şamaxı, Qrızda 2, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.
 
Yanvarın 14-də şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Zəngilanda 21 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.
 
Sumqayıt, Naxçıvan, Şərur, Gəncə, Naftalan, Şəmkir, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Astara, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 1 dərəcəyə yaxın istidir.
 
Link kopyalandı!
Son xəbərlər