Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var
1948
28 Dec 2024 | 22:52

Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var

Rusiyanın Tatarıstan Respublikasında minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb.
 
Bu barədə Respublikanın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.
 
“Dekabrın 28-də Aktanış rayonunda “Volkswagen” markalı avtomobilin sürücüsü təhlükəli sürətlə hərəkətdə olarkən, nəqliyyat vasitəsini beton hasara çırparaq qarşıdan gələn zolağa çıxıb və nəticədə yük maşını ilə toqquşub. Qəza zamanı “Volkswagen”in sürücüsü və avtomaşında olan üç sərnişin ölüb”, - məlumatda deyilir.
 
Hadisə yerində yol müfəttişləri işləyir, təfərrüatlar aydınlaşdırılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər