Dünya
1065
24 Dec 2024 | 22:30

"İsrail əvvəl-axır Suriyanın işğal etdiyi ərazilərini tərk etməyə məcbur olacaq" - Ərdoğan

"Biz terrorçuluğun kökünü kəsdikdən sonra türk, ərəb və kürdlərlə böyük sazişə imza atacağıq..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Ankarada bəyanatla çıxış edib. O, əsas diqqəti Suriyada, Yaxın Şərq regionunda vəziyyətə və terrorçuluqla mübarizəyə yönəldib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
"Biz qəddar rejimə qarşı müharibəni udan Suriya xalqına qalib gəlmək və öz uğurunu sona çatdırmaq üçün zəruri dəstək göstərəcəyik", - o, deyib.
 
"İsrailin get-gedə artan təcavüzünün arxasında Suriyadakı inqilaba kölgə salmaq və Suriya xalqının ümidlərini qırmaq istəyi dayanır", - o, vurğulayıb.
 
"Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun  istənilən şəraitdə müdafiəsi Türkiyənin dəyişməz xəttidir. Biz bundan heç vaxt geri çəkilməyəcəyik. Türkiyə bundan sonra da Suriya xalqına azadlıq və inkişaf yolunda dəstək göstərəcək", - Ərdoğan bəyan edib.
 
O, qeyd edib ki, Ankara Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraa ilə sıx dialoqdadır.
 
"Əvvəlcə Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Suriyanı ziyarət edib. Dekabrın 22-də xarici işlər naziri Dəməşqdə olub və Suriyanın müvəqqəti administrasiyası ilə çox məhsuldar danışıqlar aparıb", - Ərdoğan deyib.
 
Terrorçuluqla mübarizə mövzusuna toxunaraq o, bəyan edib: "Biz regionu yerli əhalinin yaşamaq və soz hüququnu tanımayan PKK/YPG terrorçu təşkilatlarından mütləq xilas edəcəyik. İsrailin müəyyən qüvvələr tərəfindən dəstəklənməsinə rəğmən, gec ya tez işğal etdiyi torpaqlardan çəkiləcək. O, bunu etməyə məcbur olacaq".
 
"Biz terrorçuluğun kökünü kəsdikdən sonra türk, ərəb və kürdlərlə böyük sazişə imza atacağıq. Biz qardaşlıq iqlimi yaradacağıq, regionda sülh, sakitlik, çiçəklənmə və inkişaf hökm sürəcək. Biz bu günlərin sübhünə artıq qədəm qoymuşuq. Suriyanın və regionumuzun gələcəyində terrorçu təşkilatlara yer olmayacaq. Onlar ya özü-özünü buraxmalı olacaq, ya da məhv ediləcək", - Türkiyə prezidenti deyib.
 
Regionda baş verən hadisələr fonunda Ərdoğan Livanın baş naziri Nəcib Mikatinin Türkiyəyə səfərini "fövqəladə dərəcədə əhəmiyyətli" adlandırıb.
 
"Cənab Mikati öz ölkəsinin ən mürəkkəb dönəmində ağır yükü daşımağa cəhd edir. Mən möhkəm əminəm ki, Mikati özünün dəyanəti və ağıllı rəhbərliyi ilə Livanı xilas edəcək. Biz ümid edirik ki, bu prosesdə ölkəmizə olan etimad öz bəhrəsini verəcək. Biz Livana var gücümüzlə dəstək göstərəcəyik", - o, deyib.
Link kopyalandı!
Son xəbərlər