Ekskluziv
393
10:40, Bu gün

"Trampın andiçməsinədək çox şey baş verə bilər..."- Vaşinqtondan xəbərdarlıq

ABŞ-nin Gürcüstanda demokratiyanı sarsıdanlara qarşı sanksiyaları, ilk növbədə, Gürcüstanın Avro-Atlantik istəklərinə dəstək nümayiş etdirmək məqsədi daşıyır. 
 
Moderator.az "Newsgeorgia" nəşrinə istinadla xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel söyləyib.
 
ABŞ prezidenti Co Baydenin administrasiyası yüzdən çox gürcü məmuruna qarşı tədricən sanksiyalar tətbiq edib.
 
Hakim “Gürcü arzusu” bunları müvəqqəti problemlər kimi qiymətləndirir. Hökumət yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Tbilisi ilə Vaşinqton arasında münasibətlərin “yenidən başladıla” biləcəyini gözləyir.
 
“Dörd-beş həftə uzun müddətdir. Dörd və ya beş həftə ərzində çox şey baş verə bilər. Bu administrasiyanın hələ çox vaxtı var. Və nəhayət, məsələ ondadır ki, biz gürcü xalqı və onun Avro-Atlantik istəkləri ilə həmrəyik”, - Patel çərşənbə günü brifinqdə Gürcüstan hakimiyyətinin mövqeyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
 
O, Bayden administrasiyasının yeni sanksiyalar hazırladığını bir daha təsdiqləyib.
 
Dövlət Departamentinin sözçüsü deyib: “Dövlət katibi Blinkenin daha əvvəl dediyi kimi, biz Gürcüstanda demokratiyaya xələl gətirdiyinə inandığımız şəxsləri məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq”.
 
Dekabrın 12-də ABŞ hakimiyyəti Gürcüstan hökumətinin və parlamentinin 20-yə yaxın üzvünə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına və fiziki şəxslərə qarşı viza sanksiyaları tətbiq edib. Məhdudiyyətlər Vaşinqtonun “Gürcü Arzusu”nun Aİ-yə üzvlüklə bağlı danışıqları dondurmaq qərarına və Tbilisidə müxalif etirazların vəhşicəsinə yatırılmasına cavabının bir hissəsi olub.
 
Bundan əvvəl isə ABŞ-də Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlayıb. Dövlət Departamenti əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırladıqlarını vurğulayıb.
 
“Gürcü Arzusu” bu tədbirləri “anlaşılmaz və mənasız” adlandıraraq, mövcud administrasiyanın “seçkiləri uduzduğunu və onların mandatının başa çatmaq üzrə olduğunu” vurğulayıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər